"ə" hərfinin orta xəttinin səviyyəsi haqda

Dərslər

Bir çox fontlarda (square və geometric tiplər istisna) Ə hərfinin orta xəttinin ideal səviyyəsi tam ortada deyil, bir az yuxarıda (yuxarı/aşağı məsafə nisbəti təqribən 92%) olmalıdır. Orta xətti tapmaq üçün həmin fontdakı digər hərflərin (misal üçün: kiril э, mənfi işarəsi, x və s hərflərinin) orta elementlərindən istifadə etmək olar. Köməkçi ipucuları şəkildə göstərilib.

Böyüt

Amma, fontlarda oxunaqlığı artırmaq üçün bəzi kiçik nüanslara diqqət etmək gərəkir. Bunlardan biri kiçik a, ə hərflərindəki üst sonluq (36-terminal) ilə piyalə (09-bowl) arasındakı məsafədir. Əgər bu məsafə kiçik olarda o zaman kiçik puntolarda bu hərflər ө kimi oxuna bilər. Ona görə bu məsafəni 92% deyil, 96-100% arasında saxlamağı məsləhət görülür. Köməkçi ipucuları şəkildə göstərilib.

Böyüt